“Sultan Ceramik” brendi ölkəmizi dünyada uğurla təmsil edir - VİDEO  

Hazırda oxunan: “Sultan Ceramik” brendi ölkəmizi dünyada uğurla təmsil edir - VİDEO  

170216

“Sultan Ceramik” brendi Azərbaycanı dünyada uğurla təmsil etməkdə davam edir. 

Bizim.Media “sfera.az”a istinadən xəbər veir ki, şirkət keramika kateqoriyasında ən yeni və keyfiyyətli keramika növlərini istehsal edir.

ABŞ-nin müxtəlif ştatlarına dam örtüyü, keramik ixrac edən brend gələcəkdə üzlük daşlarının istifadəsini də nəzərdə tutub. 


Məhsullar ABŞ-də sınaqdan keçirilib.  Azərbaycan istehsalı olan keramik sözügedən ölkədə “əla növ” kimi dəyərləndirilir. Həmçinin, şirkət ölkəmizi Rusiya, Dubay, Qazaxıstan və başqa ölkələrdə keçirilən sərgilərdə də uğurla təmsil edir. 


Qeyd edək ki, “Sultan Ceramik” 2006-cı ildə Azərbaycanda əsası qoyulmuş keramika şirkətidir.

Şirkət yarandığı gündən etibarən keyfiyyətli məhsul istehsalını əsas prioritet seçib. “Sultan Ceramic” fəaliyyətində ətraf mühitin qorunmasına xüsusi əhəmiyyət verir. Fəaliyyətinin əsasında ətraf mühit, sosial sahə və korporativ idarəetmə sistemi (ESG) dayanır. Bütün məhsulları satışa çıxarılmadan əvvəl test olunur. Şirkət Avropa və Asiya patentlərinə sahibdir. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin