Praqadakı Karl Universitetinin fəlsəfə fakültəsində 15 nəfərin ölümünə səbəb olan silahlı hücumu Kladno şəhərindən olan 24 yaşlı tələbə David Kozak həyata keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Çexiya polisi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Praqanın mərkəzində universitetə silahlı basqın olub - FOTO/VİDEO
Ölkə polisinin təxminlərinə görə, Kozak hücuma öncədən hazırlaşıbmış. O, silahlı basqından bir neçə saat əvvəl atasını öldürməkdə şübhəli bilinir.
Qeyd edilir ki, David Kozak rus dilində teleqram kanalı işlədib. Orada Kozak açıq şəkildə Bryanskda 14 yaşlı orta məktəb şagirdinin idman zalında iki nəfəri öldürdüyünü dəstəklədiyini ifadə edibmiş.
D. Kozak hücum sonrası intihar edib.
Bizim.Media