Azərbaycan Kubokunun 1/8 final mərhələsində növbəti oyun keçirilib.
Bizim.Media xəbər verir ki, “Qarabağ” Xankəndi şəhər stadionunda MOİK komandasını qəbul edib.
Görüşün taleyini bir qol həll edib. Nəriman Axundzadənin matçın əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə vurduğu top Ağdam təmsilçisinə minimal hesablı qələbə qazandırıb. İşğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol matçında fərqlənən gənc hücumçu tarixi qolun müəllifi olub.
“Köhlən atlar” bu nəticə ilə 1/4 finalda “Sabah” klubuna rəqib olublar.
Qeyd edək ki, 1/8 final mərhələsinə bu gün keçiriləcək “Neftçi” – “Qaradağ Lökbatan” matçı ilə yekun vurulacaq.
Bizim.Media