Sərhədlərin delimitasiyası sülh müqaviləsindən sonra REALLAŞA BİLƏRMİ? – Fərhad Məmmədovun ŞƏRHİ

Hazırda oxunan: Sərhədlərin delimitasiyası sülh müqaviləsindən sonra REALLAŞA BİLƏRMİ? – Fərhad Məmmədovun ŞƏRHİ

170110

“Reuters” agentliyinin məlumatına görə, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Londonda səfərdə olarkən Azərbaycanın Ermənistanla sülh müqaviləsini imzalamaqda hər hansı bir ciddi manelər görmədiyini deyərək, sərhədlərin müəyyənləşməsi məsələsinin isə ayrıca olaraq həll edilə biləcəyini qeyd edib.

35 illik münaqişə artıq başa çatıb. Azərbaycanın indi strategiyası sülhə nail olmaqdır. Bu, hər iki tərəfdən fəaliyyət tələb edir. Sülh müqaviləsi raket elmi deyil. Sülh gündəminə gedən yolda Azərbaycan üçün daha heç bir maneə yoxdur”, - deyə Hacıyev bildirib.

Delmitisiya məsələsi sülh müqaviləsindən kənar qala bilərmi?

Bizim.Media-ya açıqlamasında Cənubi Qafqaz Araşadırmalar Mərkəzinin sədri Fərhad Məmmədov deyir ki, sərhədlərin müəyyən olunmasını sülh sazişindən sonraya saxlamaq mümkündür. Amma bu zaman həmsöhbətimizə görə, məqsədəuyğundur ki, həmin prosesin sülh şəraitində həyata keçirilməsi öhdəlik kimi sülh sazişində qeyd edilsin:

“Məlumdur ki, delimitasiya prosesi uzunmüddətli prosesdir. Çünki delimitasiyadan sonra, demarkasiya baş verir. Bu məsələnin hər hansı bir formada sülh müqaviləsində qeyd edilməsi növbəti dəfə sülh müqaviləsinin imzalanması müddətini uzadacaq. Burada bir neçə əsas məsələ var ki, o həm Azərbaycan, həm də Ermənistanın qarşılıqlı ərazi iddialarının olmamasını şərtləndirir.

Birincisi, qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasıdır.

Burada Ermənistan rəqəmlər istəyir. Amma bu qeyri-ciddi münasibətdir. Çünki səslənən rəqəmlər belə reallığı əks etdirmir. Ermənistanın ərazisi dəqiq olaraq 29,8 min kv.km-dən daha azdır. Azərbaycanda isə 86,6 min kv.km-dən daha çoxdur. Burada qarşılıqlı ərazi bütövlüyünün tanınması gələcəkdə ərazi iddialarının olmamasını diktə edir.

İkinci məqam, hər hansı ziddiyyətli məqamda gücdən istifadə edilməməsidir. Yəni hətta sərhədlərin müəyyən olunması prosesində hər hansı bir problem yaransa, prosesin yalnız diplomatik yolla həlli nəzərdə tutulur. Bu amil Bakının təklif etdiyi 5 prinsipdə əks olunub. Belə olan halda sərhədlərin müəyyən olunmasını sülh sazişindən sonraya da saxlamaq mümkündür. Həmin prosesin sülh şəraitində həyata keçirilməsinin öhdəlik kimi sülh sazişində qeyd edilməsi daha məqsədəuyğundur”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin