“Mən sonuncu dəfə Qarabağdan 14 yaşımda çıxmışam”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Fəxrəddin Manafov “İctimai” televiziyaya müsahibəsində deyib.
Əslən Xankəndidən olan aktyor sevinc hisslərini bu sözlərlə ifadə edib:
“Sözlərim bu hisslərin qarşısında acizdir. Bu hissləri sözlə çatdırmaq mümkün deyil. Ümumiyyətlə Qarabağla bağlı nə varsa, hamısı böyük əhəmiyyət kəsb edir. Bizim üçün həyati mənası var”.
Rəşad Əliyev, Bizim.Media