Ermənistanı gözləyən AQİBƏT – Rusiya Paşinyanı necə CƏZALANDIRACAQ?

Hazırda oxunan: Ermənistanı gözləyən AQİBƏT – Rusiya Paşinyanı necə CƏZALANDIRACAQ?

169945

Ermənistan yenə də KTMT və MDB çərçivəsində iclaslarda iştirakdan imtina etdi. Bu dəfə İrəvan KTMT Parlament Assambleyası Şurasının dekabrın 19-da Moskvada olacaq birgə iclasından imtina edib. 

Ermənistanın bu addımı onun Rusiyadan qaçmağa çalışdığının növbəti bariz nümunəsidir. Aydın görünür ki, Ermənistan bununla Qərbin sifarişini yerinə yetirir. Özünə qalsa, bu ölkə Rusiyaya münasibətdə çətin ki, bu addımı ata bilsin. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan UÇURUMUN KƏNARINDA – “Rusiya səsini çıxarsa, Ermənistan alt-üst olacaq”


Görünən odur ki, İrəvan bu sayaq addımlarının əvvəl-axır cavabını verməli olacaq. 

Bəs görəsən, İrəvanın Rusiyadan qaçma siyasətinin sonu hara gedir? 

Politoloq İlqar Vəlizadə Bizim.Media-ya açıqlamasında bildirib ki, İrəvanın Moskva ilə məsafə saxlamaq cəhdləri sonda onun üçün ağır nəticələrə səbəb olacaq. 

Politoloqun fikrincə, Rusiya Ermənistanı cəzalandırmaq üçün əlverişli məqam gözləyir:

“Bir tərəfdən Ermənistan KTMT və MDB tədbirlərində iştirakdan boyun qaçırır. Digər tərəfdən, Moskva da İrəvana müəyyən güzəştlər, reveranslar edir. Məsələn, Rusiya Ermənistana satdığı qazın qiymətini artırmamaqla bağlı qərar verir. Bundan əlavə, Ermənistandakı Metsamor atom elektrik stansiyasına müəyyən investisiyalar yatıracaq. Yəni ölkələr arasında siyasi baxımdan müəyyən fikir ayrılıqları müşahidə olunur, amma reallıqda heç nə baş vermir. 

Ermənistanın Rusiyadan iqtisadi, siyasi-hərbi sferada asılılığı olduğu kimi qalır. 

Düzdür, İrəvan Qərblə Rusiyanın xoşuna gəlməyən oyunu da oynayır. Sözügedən ölkə Ermənistana etibar etmir. Bu fonda da çalışır ki, digər iştirakçılar hesabına müəyyən situasiya yaratmaqla Ermənistana təzyiqləri artırsın. Rusiya dolayı yolla İrəvana müəyyən sifarişlər göndərir. Bu vəziyyətin nə qədər davam edəcəyini demək çətindir. 

Hər halda, Rusiya məqam gözləyir. Ermənistanda növbəti seçkilərə və yaxud bu ölkədə daxili proseslərin mürəkkəbləşməsinə qədər hərəkətə keçmək üçün məqam axtarır. İndi isə Moskva gözləmə mövqeyindədir. Fürsət düşən kimi, Ermənistan məsələsində dərhal hərəkətə keçəcək”.

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin