Avtoxuliqanlıq edərək görüntüləri “TikTok”da paylaşdı, həbs olundu – FOTO  

Hazırda oxunan: Avtoxuliqanlıq edərək görüntüləri “TikTok”da paylaşdı, həbs olundu – FOTO  

169880

Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə paylaşan Astara sakini inzibati qaydada həbs olunub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Astara rayon sakini Səttar Quliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə rayonun müxtəlif ərazilərində yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla avtoxuliqanlıq hərəkətləri edib və həmin görüntüləri “Tik-Tok” sosial şəbəkəsində paylaşıb. 

Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan həmin sürücü barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə S.Quliyev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib. 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin