Ermənistanın Qarabağda “erməni mədəni irsinin dağıdılması”ndan danışması riyakarlıqdır

Hazırda oxunan: Ermənistanın Qarabağda “erməni mədəni irsinin dağıdılması”ndan danışması riyakarlıqdır

169863

Qərbi Azərbaycan İcması Ermənistan Xarici İşlər Nazirliyinin 2023-cü il 19 dekabr tarixli açıqlaması ilə bağlı bəyanat yayıb.

İcmadan Bizim.Media-ya daxil olan bəyanatda deyilir: 

"Qərbi Azərbaycan İcmasının Ermənistanda Azərbaycan xalqının mədəni irsi ilə bağlı açıqlamalarını özünün suverenliyinə və ərazi bütövlüyünə təhdid kimi qələmə verən Ermənistanın Azərbaycanın suveren əraziləri olan Qarabağda “erməni mədəni irsinin dağıdılması”ndan danışması, ilk növbədə, riyakarlıqdır.
Son günlər Ermənistan rəsmilərinin ən azı sözdə tez-tez sülhdən bəhs etməsi fonunda Xarici İşlər Nazirliyinin Azərbaycanı “blokada”, “təcavüz”, “etnik təmizləmə”də ittiham etməsi, “Dağlıq Qarabağ xalqı” kimi qondarma, 2020-ci ildən əvvəlki ifadəni yenidən dövriyyəyə çıxarması Luis Okampo təfəkküründə olan erməni diplomatiyasının destruktiv mahiyyətini və sülh prosesini pozmağa çalışmasını göstərir".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin