Cevdet Yılmaz: “Azərbaycanla ticarət dövriyyəmizin həcminin daha da artacağına əminəm”

Hazırda oxunan: Cevdet Yılmaz: “Azərbaycanla ticarət dövriyyəmizin həcminin daha da artacağına əminəm”

169815

“Azərbaycan ilə Türkiyə arasında münasibətlər çox dərindir. Bunun bariz nümunəsi iki ölkə arasında siyasi səfərlərin sıxlığıdır. Son bir ay ərzində Azərbaycan və Türkiyə prezidentləri bir neçə dəfə görüşüblər. Ölkələrimiz arasında münasibətlər digər dövlətlər üçün nümunədir, çox güclü siyasi əlaqələrimiz var”.

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz dekabrın 19-da Bakıda keçirilən “İş dünyasının görüşü” adlı tədbirdə deyib.

“Biz istəyirik ki, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı ilə inkişaf edən bu əməkdaşlıq iqtisadi sahədə də özünü büruzə versin və iş adamlari ilə birlikdə daha da irəli gedəcəyik.
Dostluq münasibətlərinə əsaslanan əlaqələr digər qardaş ölkələri də əhatə edərək çoxtərəfli format alıb və biz bölgədə də rifah əldə etmək üçün birlikdə fəaliyyət göstəririk. İnanırıq ki, Azərbaycanla Türkiyənin birgə inkişaf etdirdiyi bu münasibətlər bütün Qafqazda sabitliyə gətirib çıxaracaq.

2022-ci ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 6 milyard ABŞ dolları olub.

Bu ilin ilk on bir ayında bu rəqəm 6,7 milyard ABŞ dolları səviyyəsinə çatıb. Bu göstəricilərin ilin sonunadək daha da artacağına əminəm”, - deyə Cevdet Yılmaz bildirib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin