Filarmoniyadakı işindən ayrılan Lətifə: “Məni üzən məqamlar oldu” - VİDEO  

Hazırda oxunan: Filarmoniyadakı işindən ayrılan Lətifə: “Məni üzən məqamlar oldu” - VİDEO  

169706

“Dövlət Akademik Filarmoniyasında inkişafım üçün artıq şəraitin olmadığını gördüm. Bu səbəbdən Filarmoniya ilə yollarımı ayırdım. Düşündüm ki, artıq ayrılmağın zamanıdır. Amma oradan getdikdən sonra həyatımda başqa məqamlar başladı. Həyata baxışlarım belə dəyişdi... Filarmoniya ilə bağlı gözləntilərim var idi, amma o gözləntiləri almadım. Tam əksi oldu. Elə məqamlar var idi ki, məni çox üzdü”. 

Bizim.Media xəbər verir ki, bu sözləri opera və vokal ifaçısı Lətifə Soyuöz qonaq olduğu “İncə səhər” verilişində deyib. 

Dövlət Akademik Filarmoniyası ilə yollarını ayıran sənətçi bu addımını belə nəql edib: 

“Düşünürəm ki, sənətçi üçün daha yaxşı şərait yaradılmalıdır. Nəyin ki, onu daha çox sıxmaq.

Buna görə də Filarmoniyadan çıxdım. Musiqi barəsində yeniliklərə hər zaman açıq bir insanam. Musiqi seçiminə çox diqqətlə yanaşıram. İndi inanıram ki, daha yaxşı şeylər edə bilərəm. Bunun üçün də artıq yeni işlərə başlamışam. Mən toylara gedib, oxumuram. Səhnələrdə özümü daha çox yaxşı hiss edirəm.

Təbii ki, toy çox ağır və məsuliyyətli işdir. Üzərindən gəlmək hər müğənni üçün deyil. O qədər insanın qarşısında çıxış etmək, onların nazı ilə oynamaq. Bunlar çox çətindir. Məndə isə o səbir və təmkin yoxdur. Əlimdən gələni hər zaman etmişəm ki, səhnədə hər şey çox gözəl olsun. Filarmoniyadakılarla bir-birimizi başa düşmürdük”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin