Nazir müavini: “Fransanı Ermənistanı yeni müharibəyə təhrik etməməyə çağırırıq”

Hazırda oxunan: Nazir müavini: “Fransanı Ermənistanı yeni müharibəyə təhrik etməməyə çağırırıq”

169622

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Kolumbiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin aparıcı xəbər telekanalı olan “NTN24”ə müsahibə verib.

Bizim.Media xəbər verir ki, süjet “Azərbaycanın xarici işlər nazirinin müavini Fransanı Ermənistanı yeni müharibəyə təhrik etməməyə çağırır” başlığı ilə yayımlanıb.

E.Məmmədov Azərbaycanın Kolumbiya və Latın Amerikasının digər ölkələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu, Boqota şəhərində keçirilmiş siyasi məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti ilə yanaşı, müxtəlif sahələrdə, o cümlədən humanitar minatəmizləmə istiqaməti üzrə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsinin aparıldığını diqqətə çatdırıb.

Erməni mina terrorunun fəsadlarına dair ətraflı məlumat təqdim edən E.Məmmədov bu sahədə geniş təcrübəyə malik olan Kolumbiyanın mina təhlükəsi ilə mübarizədə Azərbaycanla həmrəylik nümayiş etdirəcəyinə ümidvar olduğunu bildirib.
Nazir müavini Ermənistanı müdafiə və hücum silahları ilə təmin edən Fransanın əməllərinin regionda sülhə xidmət etmədiyini vurğulayıb, Fransanı destruktiv fəaliyyət nümayiş etdirməkdən çəkinməyə və Ermənistanı yeni müharibəyə təhrik etməməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin