Lənkəranda 3 yaşlı uşaq qızılcadan ölməyib – RƏSMİ

Hazırda oxunan: Lənkəranda 3 yaşlı uşaq qızılcadan ölməyib – RƏSMİ

169595

2020-ci il təvəllüdlü uşaq (cinsi kişi) dekabrın 17-də saat 06:00 radələrində huşsuz vəziyyətdə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə gətirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Lənkəranda 3 yaşlı uşaq qızılcadan ÖLDÜ 


Məlumata görə, vəziyyəti ağır olan xəstə saat 10:45-də mərkəzin reanimasiya şöbəsinə köçürülüb.

Azyaşlıya virus mənşəli meninqoensefalit diaqnozu qoyulub. Görülən reanimasiyon tədbirlərə baxmayaraq, saat 15:00 radələrində azyaşlının ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, Lənkəranın Şirinsu qəsəbə sakini olan 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadənin qızılcadan öldüyü bildirilib.  

Məlumata görə, azyaşlıda bir həftə əvvəl yüksək hərarət yaranıb. Ailənin özünün gördüyü tədbirlər zamanı uşağın hərarəti düşüb, yaranan qızartılar çəkilib. 

Ötən gün uşaqda yenidən hərarət yaranıb və evə təcili tibbi yardım çağırılıb. Təcili yardım uşağa ilkin tibbi yardım göstərib, onun təcili xəstəxanaya aparılmasını təkid edib. Lakin ailə buna etiraz edib. Təcili tibbi yardımdan sonra uşağın halı pisləşib və o, yaxınları tərəfindən təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər uşağa yardım göstərsə də, onu xilas etmək mümkün olmayıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin