Avropa Liqasında “Qalatasaray”ın rəqibi bəlli oldu - DİGƏR NƏTİCƏLƏR

Hazırda oxunan: Avropa Liqasında “Qalatasaray”ın rəqibi bəlli oldu - DİGƏR NƏTİCƏLƏR

169593

Avropa Liqasında pley-off mərhələsinin püşkü atıllb.

Bizim.Media xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.

Qitənin ikinci dərəcəli klub turnirində 1/8 finala vəsiqə üçün mübarizə aparan 16 komanda 8 cütlük təşkil edib. 
Azərbaycan çempionu “Qarabağ”la Türkiyə təmsilçisi “Qalatasaray”ın da rəqibi bəlli olub.

Bu raundda Çempionlar Liqasının qrup üçüncüləri ilə Avropa Liqasının ikinciləri üz-üzə gələcək. İlk matçlar üçüncü yer sahiblərinin meydanında baş tutacaq.

“Feyenoord” (Niderland) - “Roma” (İtaliya)

“Milan” (İtaliya) - “Renn” (Fransa)

“Lans” (Fransa) - “Frayburq” (Almaniya)

“Yanq Boyz” (İsveçrə) - “Sportinq” (Portuqaliya)

“Benfika” (Portuqaliya) - “Tuluza” (Fransa)

“Braqa” (Portuqaliya) - “Qarabağ” (Azərbaycan)

“Qalatasaray” (Türkiyə) - “Sparta” (Çexiya)

“Şaxtyor” (Ukrayna) - “Marsel” (Fransa)

Qeyd edək ki, pley-off mərhələsi 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin