Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə mənzillərin açarları təqdim olunub.
Bizim.Media xəbər verir ki, 22 ailə olmaqla, 94 nəfər Füzuli sakini bu gün doğma yurduna qovuşub.
Füzuliyə qayıdan köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Ailələr Füzulidə böyük coşqu ilə qarşılanıblar. Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.
Sonra evlərin açarlarının təqdim edilməsi mərasimi olub. Mərasimdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Ailələr sevinc hissi ilə mənzilllərinin açarlarını təhvil alaraq yeni evlərində məskunlaşıblar.
Bununla da Füzuli şəhərində 380 ailə olmaqla, 1392 nəfərin daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:22 / 18.12.2023
Füzuli şəhərinə köçən daha 22 ailəyə mənzillərin açarları təqdim olundu - FOTO
Hazırda oxunan: Füzuli şəhərinə köçən daha 22 ailəyə mənzillərin açarları təqdim olundu - FOTO
Hazırda oxunan: Füzuli şəhərinə köçən daha 22 ailəyə mənzillərin açarları təqdim olundu - FOTO
169578
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.