Adı millimizlə hallanan Şenol Günəş Kosovo yığmasını ÇALIŞDIRA BİLƏR

Hazırda oxunan: Adı millimizlə hallanan Şenol Günəş Kosovo yığmasını ÇALIŞDIRA BİLƏR

169539

Azərbaycan millisinin baş məşqçisi postuna namizədlərdən olan Şenol Günəşin ölkəmizə gəlişi baş tutmaya bilər. 

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, səbəb təcrübəli mütəxəssisin daha bir təklif almasıdır.

Belə ki, Kosovo Futbol Federasiyası da 71 yaşlı çalışdırıcını yığmanın “sükanı arxasına” keçirməkdə maraqlıdır. Kosovalılar bu post üçün geniş siyahı hazırlayıblar. Namizədlər arasında Şenol Günəş ön pillələrdə göstərilir. Onun əsas rəqiblərindən biri isə əfsanəvi braziliyalı Roberto Karlosdur.
Qeyd edək ki, Şenol Günəş bir müddət əvvəl Azərbaycan millisi ilə bağlı şifahi təklif aldığını və yığmanı çalışdırmaqda maraqlı olduğunu bildirib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin