Aparılan araşdırmalar göstərir ki, dünyada ürək xəstəlikləri təxminən 15 il cavanlaşıb. Ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə, ölkəmiz Tacikistandan sonra dünyada ikinci yerdədir. Ürək xəstəliklərindən qəfil vəfat edənlərin sayı artmaqdadır. Son zamanlar isə cavanların da bu xəstəlikdən vəfat etməsi halına rast gəlirik. Bu günlərdə qısa zaman kəsiyində üç tələbənin ürəktutmasından vəfat etməsi faktı dediklərimizi bir daha təsdiqləyir.
Qeyd edək ki, ürək-damar sistemi xəstəliklərinin ilkin əlamətləri kəskin şəkildə sinə və kürək nahiyələrində ağrıların olmasıdır.
Bizim.Media “Kaspi” qəzetinə istinadən xəbər verir ki, mövzuya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın üzvü, həkim-diyetoloq İlqar Şamilov münasibət bildirib.
Onun sözlərinə görə, ürək-damar sistemi xəstəliklərinin artmasının əsas səbəbi insanların sağlam həyat tərzi keçirməməsidir:
“İnsanlar sağlam qidalanmaya, fiziki aktivliyə, keyfiyyətli yuxu rejiminə üstünlük verməli, stressdən uzaq olmalıdırlar. Tövsiyə edirik ki, insanlar keyfiyyətsiz, zərərli yağları rasionlarından uzaq etsinlər. Əvvəlki dövrlərlə müqayisə etsək, indi fiziki aktivliyimiz çox azalıb. Ölkəmizdə avtomobillərin sayı artıb. Biz A nöqtəsindən B nöqtəsinə getdiyimiz zaman avtomobildən, ictimai nəqliyyatdan çox istifadə edirik. Eyni zamanda, yürüş etməyi, idmanla məşğul olmağı sevmirik. Ürək xəstəliklərinin yaranmaması üçün yuxu rejimi də keyfiyyətli olmalıdır”.
Həkim-diyetoloq bildirib ki, stressdən də uzaq olmaq bu xəstəliyin yaranmamasına kömək edir:
“Rafinə olunmuş şəkərdən də uzaq olmaq lazımdır. Ürək-damar sistemi xəstəliklərindən uzaq olmaq üçün vətəndaşlar qırmızı ətdən, kolbasa, sosiskadan istifadə etməməlidirlər. Balıq, toyuq əti, mövsümi meyvə və tərəvəzlərdən istifadə edə bilərlər. Ət məhsullarını hazırlayan zaman yağda qızardılmışlara üstünlük verilməməlidir. İnsanlar bunlara əməl etsələr, gələcəkdə bu xəstəlikdən əziyyət çəkməyəcəklər”.
Qida eksperti Fərid Səfərov vurğulayıb ki, hazırda bəlkə də hər beş nəfərdən biri stent daşıyıcısıdır:
“Ürək xəstəliklərinin başlıca səbəblərindən biri düzgün qidalanmamaqdır. Sağlam ürəyə sahib olmaq üçün zeytun yağı, balıq, qoz, badam, fındıq, alma, sarımsaq, pomidor, lobya, noxud, mərci, ispanaq, yaşıl çayı qida rasionunuza mütləq daxil edin. Eyni zamanda, balanslı qidalanmaq, fiziki aktivlik lazımdır”.
Bizim.Media
- A-
- A
- A+
COP29
21:00 / 17.12.2023
Ürək xəstəliklərinin başlıca səbəblərindən biri AÇIQLANDI
Hazırda oxunan: Ürək xəstəliklərinin başlıca səbəblərindən biri AÇIQLANDI
Hazırda oxunan: Ürək xəstəliklərinin başlıca səbəblərindən biri AÇIQLANDI
169461
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.