Gələn ay Azərbaycanla İran arasında Rəşt-Astara dəmir yolunun tikintisinə başlanılacaq.
Bizim.Media “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə bildirib.
Nazir müavini qeyd edib ki, əldə olunan razılaşmaya əsasən, layihənin reallaşdırılmasına 2024-cü ilin əvvəlində, yarım ay sonra başlamağı planlaşdırırlar. Şəhriyar Əfəndizadə 162 km uzunluqdakı bu dəmir yolu xəttinin gələn il İran üçün ən vacib dəmir yolu xətti layihəsi olduğunu vurğulayıb.
Rəşt-Astara dəmir yolu Azərbaycan, İran və Rusiyanın dəmir yollarını birləşdirəcək Astara-Rəşt-Qəzvin nəqliyyat dəhlizinin bir hissəsidir. Astara-Rəşt-Qəzvin nəqliyyat dəhlizi isə öz növbəsində Azərbaycan, Rusiya, İran və Hindistanın nəqliyyat kommunikasiyalarını inteqrasiya edəcək Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsidir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:04 / 17.12.2023
Gələn ay Azərbaycanla İran arasında dəmir yolunun tikintisinə başlanılacaq
Hazırda oxunan: Gələn ay Azərbaycanla İran arasında dəmir yolunun tikintisinə başlanılacaq
Hazırda oxunan: Gələn ay Azərbaycanla İran arasında dəmir yolunun tikintisinə başlanılacaq
169429
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.