Əzizə Mustafazadə: "Güzgü sınanda hiss etdim ki, atamı heç vaxt görməyəcəyəm" - FOTO

Hazırda oxunan: Əzizə Mustafazadə: "Güzgü sınanda hiss etdim ki, atamı heç vaxt görməyəcəyəm" - FOTO

169363

Xalq artisti Əzizə Mustafazadə atası, əfsanəvi caz ifaçısı Vaqif Mustafazadə ilə bağlı diqqət çəkən paylaşım edib.

Bizim.Media xəbər verir ki, Əzizə valideyninin vəfatının 44-cü ildönümü olduğunu yazaraq, atası ilə son danışığını belə xatırlayıb:

"16 dekabr 1979-cu il... Vaqifsiz 44 il. Zaman sağaltmır... Atamla sonuncu dəfə 1979-cu ilin dekabrın 15-də danışdığımı xatırlayıram. Söz verdi ki, ad günümdə (19 dekabr - red.) gələcək. Amma inanmadım. Hələ səfərdən əvvəl, güzgü sınanda hiss etdim ki, atamı heç vaxt görməyəcəyəm...”
Qeyd edək ki, V.Mustafazadə dekabrın 16-da Daşkənddə qastrol səfəri zamanı ürəktutmasından 39 yaşında dünyasını dəyişib. Dahi sənətkar Bakıda dəfn olunub.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin