Martirosyan: “Azərbaycanın maraqlarına cavab verməyən istənilən təklifimiz kağız parçasıdır”

Hazırda oxunan: Martirosyan: “Azərbaycanın maraqlarına cavab verməyən istənilən təklifimiz kağız parçasıdır”

169285

“Azərbaycan-Ermənistan sülh danışıqları prosesində vasitəçilərə etibar etmək düzgün olmazdı. Ermənistan tərəfinin bu cür ifadələri erməni diplomatlarının təcrübəsizliyindən xəbər verir”.

Bizim.Media xəbər verir ki, bu sözləri politoloq Artur Martirosyan “Sputnik Ermənistan”a müsahibəsində deyib. 

O bildirib ki, bir qayda olaraq, vasitəçilər tərəfləri üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə məcbur edəcək səlahiyyət və gücə malik olmalıdırlar:

“Hazırda belə bir güc yoxdur. Üstəlik, Ermənistan Azərbaycanla danışıqlara vasitəçilərin iştirakı ilə gedir. Bu da o deməkdir ki, danışıqlar prosesində dominant tərəf Ermənistan deyil. Dominantlıq edə bilməyənin isə vasitəçilərə və yaxud “qarant” tərəfə təzyiq etmək imkanı yoxdur. Üstəlik, hansısa ədalətli arbitrajdan söhbət gedə bilməz. Bu gün hər bir vasitəçinin öz maraqları var.

Vasitəçiyə deyə bilərsiniz ki, müqavilədə öhdəliklərin yerinə yetirilməməsinə görə hansısa sanksiyalar olsun. Lakin ilk növbədə bu təklifi qarşı tərəf qəbul etməlidir. Ona görə də mənim üçün təsəvvür etmək çətindir ki, Azərbaycan Ermənistanın bu cür təklifini qəbul etsin. Buna heç bir şübhə yoxdur. 
Ümumiyyətlə, bir kağız parçası ilə sülhü təmin edə bilməzsiniz. Beynəlxalq münasibətlərdə bu mümkün deyil. Güclər balansı pozulduqda vəziyyət dəyişir, razılaşmalar işləmir. İndiki vəziyyətdə danışıqlarda diktə edən tərəf Azərbaycandır. Azərbaycanın maraqlarına uyğun olmayan istənilən təklif ancaq bir kağız parçası olaraq qalacaq”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin