Psixoloqdan abortla bağlı AÇIQLAMA – “Uşağın olmasını istəmirlərsə…”

Hazırda oxunan: Psixoloqdan abortla bağlı AÇIQLAMA – “Uşağın olmasını istəmirlərsə…”

169184

Son vaxtlar selektiv abortların sayı durmadan artır. Təsadüfi deyil ki, bu sahədə dünya birincisiyik.

Bəs, abortların sayının artmasının səbəbi nədir?

Psixoloq Gülnar Orucova Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verib. O bildirib ki, abortların sayının artmasının səbəbi savadsızlığımızdır:

“Əgər valideynlər növbəti uşağın olmasını istəmirlərsə, onda əlaqədə olarkən qoruyucu vasitələrdən istifadə etməlidirlər. Çox təəssüf ki, bu məsələdə bizim ailələr çox az savada malikdirlər. Məhz buna görə də tez-tez qadınlar planlaşdırılmamış hamiləliklə üzləşirlər. 

Plansız hamiləlikdən qurtulmaq istəyən qadının son çıxış yolu abortdur. Yəni bu gün abortların sayı təkcə qız uşağını istəməməyə görə deyil. Bunun əsas səbəblərindən biri planlaşdırılmayan hamiləlikdir. Elə qadın var ki, həyatı boyu 7-8 dəfə aborta gedir. Səbəbsə çox sadədir. Valideynlər növbəti uşağı istəmirlər. İstəmirlər lap yaxşı, onda qabaqlayıcı tədbir görün ki, qadın hamilə qalmasın”.

Məndə olan məlumata görə qadınlara “spiral”ların qoyuluşu Azərbaycanda ödənişsizdir. Amma bu imtiyazdan istifadə edənlərin olduğunu heç eşitməmişəm”.

Psixoloqun sözlərinə görə, TƏBİB-in arzuolunmayan fəaliyyəti nəticəsində insanlar çox zaman dövlətin yaratdığı imtiyazlardan istifadəni problemə çevirir: 

“Elə şərait yaradıblar ki, insanlar öz problemlərinin həlli üçün daha çox özəl xəstəxanalara üz tuturlar. Özəl xəstəxanalarsa daha çox pul almaq üçün ilk növbədə cərrahi əməliyyatı irəli atırlar. Ona görə də abortların sayı günbəgün artır. Yaxşı olardı ki, bu sahədə maarifləndirmə artırılsın. İnsanlar planlaşdırılmamış hamiləliyi daha rahat şəkildə qabaqlaya bilsin”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin