Rəmiş koronadan vəfat edib? - TƏBİB-dən cavab gözlənilir

Hazırda oxunan: Rəmiş koronadan vəfat edib? - TƏBİB-dən cavab gözlənilir

16918

Bu gün vəfat edən Rafiq Hüseynovun (Rəmiş) korona xəstəsi olması ilə bağlı məumat yayılıb. 

Bizim.Media xəbər verir ki, bu bardə jurnalist Əzizə İsmayılova "facebook" səhifəsində yazıb.

O bildirib ki, Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Asiman Həsənov Rəmişin və onun xanımı Gülünün korona xəstəsi olduqları ilə bağlı açıqlama verib.

 

MÖVZU İLƏ BAĞLI:

Rəmişin dəfn olunacağı yer məlum oldu 


"Təsəvvür edirsiniz? Koronaya yoluxmuş Gülünün yan yörəsində nə qədər mikrofon tutan, bir elə camaat da bundan xəbərsiz ... O qədər adam da dağılışdı getdi hərəsi öz iş yerinə, evinə, girdi dükana, mindi avtobusa... Ziyanı yoxdur?

Əslində guya koronadan evdə müalicə alanlar heç bir halda ictimaiyyət arasına çıxmamalıdılar axı. Koronadan ölənləri də guya xüsusi geyimdə kəfn-dəfn edirlər, heç kimi dəfnə buraxmırlar. 

Yoxsa polis əmilər tutub inzibati məsuliyyətə cəlb edirlər, özünü yaxşı aparmayana cinayət işi zad da açırlar... Hər gün dilimiz qabar tutur bu xəbərləri oxumaqdan", - deyə jurnalist yazıb.

Əzizə İsmayılova həmçinin qeyd edib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB-lə əlaqə saxlanılsa da, heç bir qurum açıqlama vermək istəməyib:

"Yəni ölən Rəmişdir və korona olan onun arvadıdırsa, onda ziyan yoxdur. Burda heç bir qanun, tələb zad keçmir. Gülüdən yoluxmaq müstəhəbdir...".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin