ABŞ-a gizli qaçan Rusiyanın Xalq artisti Alla Puqaçovanın aktyor və müğənni nəvəsi Nikitqa Presnyakov gözlənilmədən başqa ölkəyə gedib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Nikita qəfildən Qazaxıstana köçüb.
Bir il ərzində ilk dəfə Kristina Orbakaitenin böyük oğlu ABŞ-ı tərk edib. Allanın nəvəsi Qazaxıstana səfərinin məqsədini açıqlamayıb. Musiqiçinin pərəstişkarları onun necə yaşadığını başa düşə bilmirlər. Müğənni özü də etiraf edib ki, xaricdə darıxır. Ya dodaq boyası çəkir, ya qayaya dırmanmağa gedir, ya da səhrada mini velosiped sürür.
O, əvvəllər Amerikada paranoya xəstəliyinin daha da dərinləşdiyini söyləmişdi. Nikita hətta atılan oyuncağa görə dayanacaqda panik atak keçirib. Müğənni bu hadisəni elə anlayıb ki, sanki onu izləyirlər və avtomobilini partlatmaq istəyirlər.
Qeyd edək ki, bir neçə il əvvəl həkimlər Nikitada şiş aşkar ediblər. Sənətçi bildirib ki, onun öd kisəsində xolesterin polipləri aşkarlanıb.
Musiqiçinin sözlərinə görə, xəstəliyin müalicəsi mümkün deyil. “Amma bunun qarşısını almaq olar. Əks halda öd kisəsini kəsib, sonra onsuz yaşamalı olacağam. Onun kəsilməməsi üçün pəhriz saxlamalıyam” – deyə musiqiçi bildirmişdi.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:18 / 15.12.2023
Alla Puqaçovanın xəstə nəvəsi Nikita Presnyakov ABŞ-dan niyə qaçıb? – FOTO
Hazırda oxunan: Alla Puqaçovanın xəstə nəvəsi Nikita Presnyakov ABŞ-dan niyə qaçıb? – FOTO
Hazırda oxunan: Alla Puqaçovanın xəstə nəvəsi Nikita Presnyakov ABŞ-dan niyə qaçıb? – FOTO
169152
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.