“Niderland Krallığı hökumətinin sözügedən açıqlamasında ölkəmizə qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir. Niderland 30 il ərzində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün işğalçı və təcavüzkar Ermənistan tərəfindən pozulması, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürütməsi, 1 milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi faktlarını heç zaman diqqətə almayıb”.
Bizim.Media xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Niderland Krallığı hökumətinin Ermənistana yardım ayrılması barədə verdiyi 13 dekabr tarixli açıqlamada “etnik erməni anklavına qarşı Azərbaycanın hücumu nəticəsində 100 min erməninin öz evlərindən güclə qovulduqları”nı bəyan etməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Azərbaycanın dəfələrlə ərazilərimizdə qanunsuz mövcudluğunu davam etdirən erməni silahlı qüvvələrinin bölgədə təhlükə mənbəyi olduğunu bildirməsinə və beynəlxalq hüquqa uyğun olaraq onların dərhal çıxarılmasına dair çoxsaylı çağırışlar etməsinə baxmayaraq, Niderland tərəfinin Azərbaycanın öz ərazilərində həyata keçirdiyi antiterror tədbirlərini tənqid etməsi qərəzli yanaşmanın bariz nümunəsidir:
“Vətən müharibəsinin, habelə bu ilin sentyabrında həyata keçirilən 24 saatlıq antiterror tədbirlərinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın suveren ərazilərində reallaşdırıldığını, ölkəmizin legitim üsullarla öz suverenliyini bərpa etdiyini bir daha xatırladırıq.
Azərbaycan heç vaxt erməni sakinləri Qarabağdan çıxarmayıb və bölgəni tərk etməmək barədə ölkəmizin çağırışlarına baxmayaraq, Ermənistana və digər ölkələrə miqrasiya etmək onların qərarı olub.
Birləşmiş Millətlər Təşkilatının bölgəyə missiyaları Azərbaycan tərəfinin mülki əhalini hədəf almadığını təsdiqləyib və Niderland Krallığında yerləşən Beynəlxalq Ədalət Məhkəməsi də bu istiqamətdə Ermənistanın son iddialarını rədd edib.
Niderland tərəfinin bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafına və tərəqqisinə maneə törədən belə bəyanatlara son qoyması faydalı olardı”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:55 / 14.12.2023
Ayxan Hacızadə: “Niderland Krallığı hökumətinin Azərbaycan əleyhinə fikirləri qəbuledilməzdir”
Hazırda oxunan: Ayxan Hacızadə: “Niderland Krallığı hökumətinin Azərbaycan əleyhinə fikirləri qəbuledilməzdir”
Hazırda oxunan: Ayxan Hacızadə: “Niderland Krallığı hökumətinin Azərbaycan əleyhinə fikirləri qəbuledilməzdir”
169077
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.