“Ermənilər Rusiyanın bəzi güclü qüvvələri tərəfindən qorunur” – Mina xəritələri ilə bağlı 3 önəmli FAKT

Hazırda oxunan: “Ermənilər Rusiyanın bəzi güclü qüvvələri tərəfindən qorunur” – Mina xəritələri ilə bağlı 3 önəmli FAKT

16902

“Mənə elə gəlir ki, bu məsələdə BMT-nin Baş katibi ilk növbədə Ermənistana müraciət etməli idi. Çünki onlar dərk etməlidirlər ki, minalanmış zona Azərbaycanın ərazisidir. Biz indiyə qədər əziyyət çəkirik. Əslində, o müraciətin əsas məğzi də elə bu olmalı idi. Yoxsa belə çağırışlarla çıxış etmək, ünvansız müraciət heç bir işə yaramayacaq.

Ermənistanın buna görə dünya ictimaiyyəti tərəfindən hansısa təzyiqə məruz qalacağını düşünmürəm”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında politoloq Fikrət Sadıxov BMT Baş katibinin bütün ölkələri Minalar Əleyhinə Konvensiyaya qoşulmağa çağırışı barədə danışarkən deyib. 

Politoloqun sözlərinə görə, bu cür ümumi çağırışlar heç bir işə yaramayacaq:

“Bu gün deyə bilərik ki, Ermənistan Azərbaycana mina xəritəsini qaytarmadığına  görə, hansısa qadağaya, sanksiyaya məruz qalmayacaq. Bu istiqamətdə biz özümüz həm BMT-nin, həm də digər beynəlxalq təşkilatların fikrini cəlb etməliyik. Xüsusi tələblə çıxış etməliyik. Tələbimiz isə ondan ibarətdir ki, ermənilər qanunlara əməl etsinlər”.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Qarabağın hər bölgəsini "Stalinqrad"a çevirib – Rusiyalı fotomüxbirin REPORTAJI - FOTO


Sonda Fikrət Sadıxov bildirib ki, xəritələr qaytarıldığı təqdirdə sənədlər mütləq beynəlxalq təşkilatların vasitəsi ilə alınmalıdır.

“Ermənilər minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etdiyi təqdirdə biz, gərək onu xüsusi təşkilatların, bir sıra dövlətlərin nümayəndələrinin iştirakı ilə qəbul edək. Çünki ermənilər təkbaşına bizə xəritə təqdim etsələr, saxtakarlığa yol verə bilərlər”,- deyə o, fikrini tamamlayıb.

Hərbi ekspert Ədalət Verdiyevin fikrincə, uzun müddət ermənilərin azərbaycanlılara qarşı etdikləri mənəvi və maddi terrora göz yumanlar sona qədər də susacaqlar:

“30 il Xocalı faciəsinə susanlar,  Azərbaycanın işğalda olan ərazilərinin darmadağın edilməsinə, dini məbədlərimizin xaraba qoyulmasına göz yumanların bir kağız parçasına görə Ermənistana qarşı hansısa qadağa tətbiq edəcəyini gözləmirəm".

"Lakin bir vətəndaş kimi bunu arzulayıram. Biz çalışmalıyıq ki, bu məsələləri humanitar yollarla deyil, hüquqi müstəvidə qaldıraq. Bəlkə, o zaman hansısa beynəlxalq qurum bu məsələyə qiymət versin. Onlar da törətdikləri cinayətlərə görə maddi və mənəvi cəzalarını alarlar”.

Hərbi ekspert onu da qeyd edib ki, əgər ermənilər xəritələri Azərbaycana təqdim etsələr, onların səhihliyi beynəlxalq, peşəkar ixtisasçılar tərəfindən yoxlanılandan sonra qərar veriləcək”.

Ukraynanın hərbi icmalçısı Aleksey Arestoviç isə Bizim.Media-ya açıqlamasında minalanmış ərazilərin xəritəsini Bakıya təqdim etmədiyinə görə İrəvanın cəzlandırılmasına inanmadığını söyləyib:

 

“Bu cür təzyiqlər xüsusi təşkil olunmalıdır. Heç kəs öz xoşuna ermənilərə qadağa tətbiq etməyəcək. Nəzərə almalıyıq ki, ermənilər Ruisyanın bəzi güclü qüvvələri tərəfindən qorunur. Çox güman ki, bu dəfə də onlar sudan quru çıxacaqlar”.


Qeyd edək ki, BMT Baş katibi bütün ölkələri Minalar Əleyhinə Konvensiyaya qoşulmağa çağırıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin