Nazirlər Kabineti cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının yaradılması, onun İş Qaydasının təsdiq edilməsi və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin risk qiymətləndirilməsinin dövri qaydada keçirilməsinin təmin edilməsinə, müvafiq sahədə həyata keçiriləcək qiymətləndirilməyə hazırlığın təşkil olunmasına və bu məqsədlərlə koordinasiya mexanizminin yaradılmasına dair bəzi tədbirlər haqqında” 21 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, Azərbaycanda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurası yaradılacaq.
Şuraya Baş nazirin müavini Əli Əhmədov rəhbərlik edəcək.
Şuranın üzvləri xarici işlər nazirinin müavini, ədliyyə nazirinin müavini, daxili işlər nazirinin müavini, Baş prokurorun müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, Xarici Kəşfiyyat Xidməti rəisinin müavini, Dövlət Sərhəd Xidməti rəisinin müavini, Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri, Azərbaycan Mərkəzi Bankının sədrinin müavini, Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri, Auditorlar Palatasının sədri, Notariat Palatasının İdarə Heyətinin sədri, "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin prezidenti, "Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri və "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru daxildir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:21 / 14.12.2023
Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsi əleyhinə Koordinasiya Şurası yaradılır
Hazırda oxunan: Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsi əleyhinə Koordinasiya Şurası yaradılır
Hazırda oxunan: Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsi əleyhinə Koordinasiya Şurası yaradılır
168991
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.