Yaxın aylarda Füzuli rayonuna daha 846 ailənin köçürülməsi planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa istisna olmaqla) Prezidentin xüsusi nümayəndəliyinin məsləhətçisi Faiq Hacıyev Ağdam şəhərində keçirilən “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda elmi-praktiki konfransda bildirib.
O qeyd edib ki, indiyə qədər Füzuli şəhərinə 358 ailə, Tərtər rayonunun Talış kəndinə 20 ailə köçürülüb.
"İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair dövlət proqramına əsasən geniş miqyaslı bərpa və quruculuq işləri aparılır", - deyə F.Hacıyev vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:17 / 14.12.2023
Füzuliyə daha 846 ailə KÖÇÜRÜLƏCƏK
Hazırda oxunan: Füzuliyə daha 846 ailə KÖÇÜRÜLƏCƏK
Hazırda oxunan: Füzuliyə daha 846 ailə KÖÇÜRÜLƏCƏK
168978
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.