Xəbər verdiyimiz kimi, ötən gün hərbçilərimiz Aqşin Bəbirov və Hüseyn Axundov Ermənistan əsirliyindən azad edilib.
Bizim.Media xəbər verir ki, Aqşin Bəbirov AzTV-yə əsirlikdə yaşadıqlarından danışıb.
O bildirib ki, ayağında və qabırğalarında narahatlıqlar var:
“Ayağıma “tok” veriblər. İndi revmatizm var, amma normaldır. Şükür, özümü idarə edə bilirəm. Qabırğalarımda da əzilmələr var. Bacardığımız qədər yaxşı olmağa çalışırıq”.
Bizim.Media