Çex jurnalisti: "Rus dilini qadağan edin, Rusiyanı xəritələrdən və dərsliklərdən silin”

Hazırda oxunan: Çex jurnalisti: "Rus dilini qadağan edin, Rusiyanı xəritələrdən və dərsliklərdən silin”

16897

Çexiyanın internet nəşri “Çasopis Argument”in jurnalisti Milan Daniel ölkə rəhbərliyinin Rusiyaya qarşı mövqeyindən kinayəli şəkildə danışıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

Mənbə yazır ki, sənaye və ticarət naziri Karel Gavlicek rus şirkətlərini “Dukovanı” nüvə stansiyasının inşasına cəlb etdiyinə görə sərt tənqid edilib və istefaya çağırılıb.

Jurnalist bu istefa çağırışına münasibət bildirib.

“Rosatom” nəticədə Rusiya şirkətidir. Belə biabırçılıq olmaz. Düz deyirlər ki, ruslar təhlükəsizlik üçün təhlükə yaradırlar. Çex şirkətlərinin işçiləri yenə də zəhləm getdiyi rus dilini dinləməli olacaqlar?", deyə jurnalist zarafat edir.

Bundan əlavə, o, səlahiyyətlilərə tövsiyyə edib ki, baha olmasına baxmayaraq Amerikadan qaz alan Ukraynadan nümunə götürsünlər.

"Rus dilini qadağan edin, Rusiyanı xəritələrdən və dərsliklərdən silin, nüvə stansiyasını dayandırın ... Özümüzü alçaltmağa, Rusiya qazını və neftini istehlak etməyə son qoymağın vaxtı gəldi. Okeanın o tayından gələn əsl dostlarımız bizə bütün bunları məmnuniyyətlə kompensasiya edəcəklər və dostluğumuz daha da möhkəmlənəcək!”, deyə jurnalist istehza ilə qeyd edir.

Daniel Çex Respublikasının Rusiyanın “Sputnik V” koronavirus peyvəndini istifadə etməkdən imtina etməsini də diqqətdən kənarda qoymayıb.

Jurnalist "Bu, şübhəlidir, çünki ampulalarda rus dilində yazılar var" deyib.

Sonda o, Çexiyada qorxulu Rusiyaya nifrət bəslədiklərinə görə pul alan bir çox liderin olduğunu vurğulayıb.

Onun fikrincə, bunların sayı daha çox olacaq, çünki otuz ildən çoxdur ki, ölkə sakinləri arasında rusofobiyanı aşılamağa çalışırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin