Əsirlikdən azad olunan Aqşin: "Vətən üçün can da verərik, can da alarıq" - VİDEO

Hazırda oxunan: Əsirlikdən azad olunan Aqşin: "Vətən üçün can da verərik, can da alarıq" - VİDEO

168849

Erməni əsirliyindən azad olunan Aqşin Bəbirov dövlətin onları uzun müddət əsir qalmağa qoymayacağını bildirib. 

Bizim.Media xəbər verir ki, o, bu barədə Ermənistan əsirliyindən azad edilərək Azərbaycana təhvil verilən zaman jurnalistlərə deyib. 

"Bu dövlət bizi uzun müddət əsir qalmağa qoymazdı. Biz vətən üçün yaşayanlardanıq. Vətən üçün can da verərik, can da alarıq", - A.Bəbirov vurğulayıb. 

Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində 13 dekabr 2023-cü il tarixində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib. Təhvilvermə prosesində hər hansı insident baş verməyib. Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil veriliblər. 

Xatırladaq ki, bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülmüşdü. 
Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi hərbçilərin azad edilməsi barədə razılıq əldə olunub. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin