Xəbər verdiyimiz kimi, Bakıda körpü çöküb və hazırda bununla bağlı tədbirlər görülür. Mövzuya AAYDA-nın sözçüsü Anar Nəcəfli münasibət bildirib.
Bizim.Media xəbər verir ki, o, "Sputnik Azərbaycan"a deyib ki, körpünün çökməsi barədə xəbər həqiqəti əks etdirmir.
MÖVZU İLƏ BAĞLI:
Bakıda körpü çökdü: “Qələbə” dairəsində sıxlıq yarandı - FOTO
O, qeyd edib ki, körpünün asfalt örtüyündə aşınma olub.
"Hazırda asfalt-beton örtüyünün aşınmış hissəsi bərpa olunur. Bu problem isə qısa müddət ərzində problem aradan qaldırılacaq", - deyə o vurğulayıb.
Bizim.Media