Erməni tarixçi: “Biz daxildən xəstəyik” - VİDEO

Hazırda oxunan: Erməni tarixçi: “Biz daxildən xəstəyik” - VİDEO

168742

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İddia: “Ermənistana qayıtmağa hazırlaşan azərbaycanlıların hamısı xüsusi təlim keçmiş insanlardır” adlı süjet efirə gedib.

Bizim.Media xəbər verir ki, verilişdə erməni tarixçi və nağılçılarının onların xəstəliyinin sağalmaz mərəz olması, hayların daxillərinə hopmuş bu xəstəlikdən qurtula bilməməsi və erməni riyakarlığının hələ ana bətnində yaranması ilə bağlı etiraflarından bəhs olunur.

Qeyd olunur ki, Qərbi Azərbaycana qayıdışı konsepsiyasının mahiyyətində 1988-ci ildə öz yaşadıqları yurdlardan qovulmuş azərbaycanlıların Vətəninə qayıdışını ehtiva edən humanist məramlar durur:

“Ancaq millətçilik və faşizm ideyaları ilə yoğrulmuş Ermənistan ictimaiyyəti bu sadə gerçəyi anlamaq iqtidarında deyil. Özləri hiyləgər və fürsətçil olduqları üçün hər kəsdə oxşar cizgiləri axtırırlar. Elə son günlərdə İrəvanda başlayan oyunbazlıqaların mahiyyətində bu dayanır. Qarabağ gerçəkliyini qəbul edə bilməyən ermənilər indi də gülünc qanun layihəsi oyunu düzəldirlər. Bununla da Qərbi Azərbaycanlıların qayıdışının qarşısını almaq üçün özünümüdafiə sipəri yaratmaq istəyirlər və bunu açıqca etiraf da edirlər”.

Diqqətə çatdırılır ki, erməni tarixçiləri və fəalları özlərinin dövlətçiliyinin olmadığını etiraf edirlər:

“Erməni vətənpərvərliyi yalnız yaşayış yeri ilə bağlıdır. Hökumət Qarabağ məsələsini gündəmdən çıxaran kimi Azərbaycan Qərbi Azərbaycan məsələsini gündəmə gətirir. 1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs sazişi imzalandı. Azərbaycan bu müharibədə uduzsa da sülh müqaviləsi imzalamadı. Atəşkəs edib qüvvə topladı ki, öz torpaqlarını qaytarsın. Hər bir vətəndaş Qərbi Azərbaycanın hansı təhlükə olduğunu bilməlidir. Azərbaycanlıların Ermənistana köçəcəyi halda axırımız necə olacaq?! Bizim hakimiyyət orqanlarımız 300 min azərbaycanlının Ermənistana köçürülməsinə razılıq verib”.

Süjetdə keçmiş deputat Tatevik Hayrapetyanın fikrinə də yer verilir:

“Nikol Paşinyan Ermənistanın baş naziri olaraq qalmamalıdır. Çünki o, ölkəni bu böhrandan çıxara bilmir. Biz niyə Qərbi Azərbaycandan və azərbaycanlıların qayıdışından danışırıq?! Burada dinc azərbaycanlıların qayıdışından söhbət getmir. Bu, Azərbaycanın düşünülmüş strategiyasıdır. Ermənistana qayıtmağa hazırlaşan azərbaycanlıların hamısı xüsusi təlim keçmiş insanlardır. Ermənistan hakimiyyətinin uğursuz diplomatiyası Qarabağın itirilməsinə gətirib çıxardı və Ermənistan dövlətçiliyinin mövcudluğunu təhlükə altına qoyur”.

Sonda vurğulanır ki, erməni revanşistlərin bu sərsəm bəyanatları onları xaricdən maliyyələşdirənləri razı salmaq mənşəli olsa da bu hərəkət erməni cəmiyyətinin düzgün yetişdirilməməsi hesabına formalaşan xəstə təxəyyüllərlə bağlıdır.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin