Xankəndidə yaşayan erməni sakin azərbaycanlıların ona olan xoş münasibətindən danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
“Mən hazırda Xankəndidə yaşayıram, burada məni sevirlər. Heç kimin mənlə işi yoxdur, burada yaxşı doyuruq. Bütün azərbaycanlılar mənə qardaş kimidir. Onlar da mənə qardaş kimi qayğı göstərirlər”, - deyə erməni sakin qeyd edib.
O, həmçinin Qarabağı tərk edən soydaşlarına da səslənib:
“Buradan erməni soydaşlara səslənirəm. Deyirsiz guya “azərbaycanlılar mənə burada işgəncə verib, barmaqlarımı və ayaqlarımı kəsiblər”. Budur, mən sağ-salamatam, burada heç kim mənə işgəncə vermir. Gördüyünüz kimi məni mühafizəçilər müşayiət etmirlər, çünki buna ehtiyac yoxdur. Sizə məsləhətim gəlin, burada azərbaycanlılarla sülh içində yaşayaq”.
Qeyd edək ki, 19-20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatının nəticəsində 29 sentyabrdan Azərbaycan polisi Xankəndi şəhərinə nəzarəti bərpa edib.
15 oktyabr 2023-cü ildə Azərbaycan prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırıb.
Bizim.Media