“Əziz ermənilər, gözünüzü açın, son dövrün tarixindən dərs alın. Qarabağ məsələsində bizim müttəfiqimiz yox idi”.
Bizim.Media xəbər verir ki, bunu erməni politoloq Arutyun Mkrtçyan Ermənistan KİV-ə açıqlamasında bildirib.
“Bəzi erməni ekspert dairələri Ermənistan və Azərbaycanın vasitəçisiz, birbaşa danışıqlar aparmasından narahat olduqlarını bildiriblər. Mən bu mütəxəssisləri dediklərində diqqətli olmağa çağırıram. Əslində birbaşa danışıqlar Ermənistanı boğazından yapışıb Moskva platformasına çəkməkdən qat-qat yaxşıdır. Niyə birbaşa danışıqlara getməyək?
Sülh müqaviləsinin imzalanmasına gəlincə, Qarabağ məsələsinin yükünü yenidən qondarma rejimin keçmiş “deputatları” Ermənistanın ayağından asırlar. Əvvəlcə çox sadə bir suala cavab versinlər: onlar özləri Qarabağa qayıtmağa hazırdırlarmı? Əziz Qarabağ erməniləri, gözünüzü açın, son dövrün tarixindən dərs alın. Qarabağın “müstəqilliyi” məsələsində bizim müttəfiqimiz yox idi. Yaxşı, Parisin Sen-Lui şəhərinin hansısa küçəsi Qarabağın “müstəqilliyini” tanıdı. Nə olsun? Bu, ciddi deyil axı”, - deyə Arutyun Mkrtçyan vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
17:55 / 12.12.2023
Erməni politoloq ölkə vətəndaşlarına səsləndi: "Son dövrün tarixindən dərs alın"
Hazırda oxunan: Erməni politoloq ölkə vətəndaşlarına səsləndi: "Son dövrün tarixindən dərs alın"
Hazırda oxunan: Erməni politoloq ölkə vətəndaşlarına səsləndi: "Son dövrün tarixindən dərs alın"
168695
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.