Dubay polisi otelin balkonuna çıxaraq çılpaq poz verən qızları həbs edib.
Bizim.Media ''RenTV''yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə lüt foto və video görüntülərini yayan 12 qızın kimliyi müəyyən edilib.
Rusiya Baş Konsulluğu fotosessiyada iştirak etdiyinə görə tutulan rus qadınlarının 6 aya qədər həbs cəzası ala biləcəyini açıqlayıb. Fotosessiyanın təşkilatçısına isə 1,5 il verilə bilər:
"Fotosessiya iştirakçıları 6 aya qədər həbs və hər biri beş min BƏƏ dirhəmi (2300 manat) cərimə ilə üzləşməsi ehtimalı var'',- deyə Baş Konsulluqdan bildirilib.
Eyni zamanda Ramazan ayının başlaması ilə əlaqədar onların əfv olunacağı da istisna edilmir.
Bizim.Media