Borrelin növbəti SƏRSƏMLƏMƏSİ – “Yuxulu diplomat”ın Ermənistana “dəstək” XƏYALLARI 

Hazırda oxunan: Borrelin növbəti SƏRSƏMLƏMƏSİ – “Yuxulu diplomat”ın Ermənistana “dəstək” XƏYALLARI 

168666

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel yenə də öz ampluasındadır. O növbəti dəfə ermənipərəst bəyanatla çıxış edib.  Aİ Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl Borrel jurnalistlərə bildirib ki, “Ermənistandakı vəziyyət Aİ-dən güclü dəstək tələb edir”. 

Ali Nümayəndə köməyin nədən ibarət ola biləcəyini açıqlamasa da yardımın ediləcəyindən ümidlə danışıb. 

Borrel niyə əl-ayağa düşüb?

Nəzərə alaq ki, son günlər Ermənistanla Azərbaycan arasında təmaslar xeyli intensivləşib. Ötən həftə iki ölkə arasında növbəti dəfə əsirlərin mübadiləsi barədə razılıq əldə edilib. Ən əsası Ermənistan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29-un Tərəflər Konfransının 29-cu sessiyası gələn il Azərbaycanda keçirilməsinə öz dəstəyini göstərib, namizədliyini geri çəkib. Bununla yanaşı Azərbaycan Ermənistanın COP29-un idarə heyətində təmsilçiliyini dəstəkləyəcəyini bəyan edib.
 

MÖVZU İLƏ BAĞLI:

Qərbin NÖVBƏTİ QURBANI – Ermənistanı müharibə meydanına çevirmək PLANI AKTİVLƏŞDİRİLİR


Beləcə, böyük sülhə doğru böyük bir addım atılıb. Hətta bu əlamətdar hadisəni Cozep Borrel özü də alqışlamışdı. Bununla belə Borrel öz məkrli niyyətindən əl çəkmək niyyətində deyil. Sülh sazişinin çox yaxın olduğu həssas bir dönəmdə Borrelin son bəyanatı təəccüb və təəssüf doğurur. 

Əslində Ali Nümayəndənin bu cür təxribatçı çıxışı onu göstərir ki, Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanmasını istəmir. Aİ ən yaxşı halda sülh danışıqlarının bərpasını istəyir.

Nəzərə alaq ki, bu ilin iyul ayında Ermənistan və Azərbaycan arasında bütün təmaslar kəsilmişdi. Yalnız noyabrın 30-da Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Qazax rayonunda görüşü olub. 

Bunun ardınca isə Azərbaycan Prezident Adminstrasiyası ilə Ermənistan baş nazirinin Aparatının birgə açıqlaması yayıldı. Və hər kəs ümid etdi ki, artıq sülh sazişinin imzalanması an məsələsidir. Üstəlik, Ermənistan Azərbaycanın təklif etdiyi 5 əsas prinsiplə razılaşıb. 

Amma görünən odur ki, Cozef Borrel və onun kimi düşünən Aİ təmsilçiləri hələki tələsmir. 

Əksinə onlar bacardıqları qədər sülh sazişinə əngəl olmağa çalışırlar. Çünki münaqişənin sona çatması Aİ və digər qurumları oyundankənar vəziyyətə salacaq. Dinc quruculuqla məşğul olan istənilən ölkəyə hansısa beynəlxalq təşkilatla və yaxud aparıcı dövlətlə intensiv ünsiyyət gərək deyil. Üstəlik, müstəqil və azad ölkə bütün danışıqların və münasibətlərin qarşılıqlı etimad və bərabər müstəvidə olmasını istəyir. 

Lakin qlobal güclər heç də bütün dövlətlərlə eyni masada oturmaq istəmirlər. O cümlədən də Aİ Ermənistan və Azərbaycanla bərabər səviyyədə tərəfdaş olmaq istəmir. Bir sıra ölkələrlə olduğu kimi Cənubi Qafqaz ölkələri ilə də Aİ diktə dilində danışmaq istəyir. 

İndiki reallıqda Aİ Azərbaycanla diktə dilində danışa bilmir. 

Çünki Azərbaycan Qərbə heç zaman olmadığı qədər lazımdır. Bunun bir səbəbi Azərbaycan qazıdırsa, digər səbəbi Orta Asiya və Qazaxstan qazının Avropaya ən tez və təhlükəsiz çatdırılması məsələsidir. 

Bildiyimiz kimi, Aİ Rusiya qazından asılıdır. Bu asılılıqdan qurtulmağın bir yolu da Azərbaycanın imkanlarından faydalanmaqdır. Ona görə də Aİ Azərbaycanla münasibətdə ölçülü-biçili hərəkət edir. Bunun əvəzində isə Aİ Ermənistanı Azərbaycana qarşı doldurmaqdan da əl çəkmir. Bax, Borrelin tez-tez sərsəmləməsinin mahiyyəti məhz budur.

Amma Borrel və digər avropalı siyasətçilər bir məsələni unudurlar ki, Azərbaycan əvvəlki Azərbaycan deyil. Öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa edən Azərbaycan böyük və ülvi məqsədlərin sorağındadır. Bu məqsədlərdən biri də Cənubi Qafqazda davamlı sülhün əldə edilməsidir. 

Artıq bu yolda ilk uğurlu addımlar atılıb. 

Əgər Ermənistanla sülh sazişi yaxın zamanlarda imzalansa, onda Cənubi Qafqaz dünyanın ən dinc və inkişaf etməkdə olan bir guşəsi olacaq. Təbii ki, bunu ermənilər nə qədər tez dərk edib, anlasalar, proseslər daha da sürətlənər. Axı, Aİ heç zaman inkişaf etmiş və güclü Ermənistanı da görmək istəmir. Ona görə də ermənilər nəhayət başa düşməlidirlər ki, “uzaq qohumdansa, yaxın qonşu yaxşıdır”.

Surxay Atakişiyev, Bizim. Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin