“Heydər Əliyevin siyasi irsi Azərbaycan üçün istinad mənbəyidir” – Aydın Mirzəzadə 

Hazırda oxunan: “Heydər Əliyevin siyasi irsi Azərbaycan üçün istinad mənbəyidir” – Aydın Mirzəzadə 

168624

“Heydər Əliyevin siyasi irsi Azərbaycan üçün bir istinad və ölkənin problemlərinin həllinə sual axtardığı bir mənbə olacaq”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə Ümummilli Lider Heydər Əliyevin anım mərasimində iştirak edərkən qeyd edib.

Onun sözlərinə görə Ulu öndər Heydər Əliyev tariximizin çox görkəmli şəxsiyyəti olub:

“Onu Azərbaycan cəmiyyəti yaratdı. Bununla belə onun özünün Azərbaycan cəmiyyətinin günün tələblərinə cavab verən səviyyədə qalxmasında böyük rolu olub. Heydər Əliyev şəxsi keyfiyyətləri ilə seçilən, eyni zamanda dəyərli keçmişinin qaydalarına söykənərək yeniliyə maraqlı və böyük inqilabi fəaliyyəti olan şəxsiyyət olub. Təhlükəsizlik orqanlarında işləyərkən, o, həmin təşkilatı cəmiyyəti cəzalandıran orqandan cəmiyyəti qoruyan orqana çevirib. Sovet Azərbaycanına rəhbərlik edərkən, geridə qalmış Azərbaycanı SSRİ-nin ən qabaqcıl respublika səviyyəsinə çatdırıb. Azərbaycan cəmiyyətinin intellektual potensialının üzə çıxmasına, ən əsası isə Azərbaycan xalqının inamını özünə qaytarmasına nail olub. O, Azərbaycan cəmiyyətində sağlam milli düşüncənin bərqərar olmasında çox böyük fəaliyyət göstərib”. 

Deputat qeyd edib ki, Heydər Əliyev prezident olduğu dövrdə Azərbaycanı fəlakətdən, onilliklərlə böhran dəhlizinə düşməsindən xilas edib:

“Ən böyük xidmətlərindən biri Heydər Əliyev məktəbi yaratması olub. Hansı ki, bu məktəb özündən sonra idarə edəcək şəxslərin yetişməsinə xidmət edib. Bu gün həmin məktəbin layiqli məzunu cənab Heydər Əliyevin fəaliyyəti Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə, iqtisadi problemini həll etməyə xidmət edib. İlham Əliyevin prezidentliyi dövründə ümumi daxili məhsulumuz 4 dəfə, büdcəmiz 30 dəfə artdı. Bu gün isə Azərbaycan beynəlxalq birlikdə nüfuzu olan ölkələrdən biridir”. 

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin