Bankın keçirdiyi lotereyanın reklamının məzmununda qanunvericiliyin tələbinin pozulması ilə bağlı televiziya kanallarına xəbərdarlıq edilib.
Bu barədə Bizim.Media-ya Audiovizual Şuradan məlumat verilib.
Azərbaycan Respublikası Audiovizual Şurasının 11 dekabr 2023-cü il tarixində keçirilmiş iclasında cari ilin oktyabr ayı ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış reklam materiallarının monitorinqi müzakirə olunub.
Audiovizual Şura ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə həyata keçirdiyi monitorinqlər nəticəsində Azərbaycanda fəaliyyət göstərən kommersiya bankının reklam materialında bank tərəfindən keçirilən lotereya ilə bağlı natamam informasiyanın verilməsi ilə “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinin tələblərinin (əmtəə satışını stimullaşdıran tədbirlər haqqında reklamda lotereyanın, müsabiqənin, oyunun və digər tədbirlərin keçirilməsinin şərtləri, vaxtı və müddəti, uduş fondu, uduşların verildiyi yer və vaxt, alınması şərtləri, onların təşkilatçısı barədə məlumatlar əks olunmalı yaxud səsləndirilməlidir) pozulması qeydə alınıb.
Bir çox televiziya kanallarının efirində nümayiş olunan həmin reklam materialının yayımı noyabr ayında da davam edib.
Qeyd olunanları nəzərə alaraq, aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası yayımçılara belə pozuntunun təkrarlanacağı təqdirdə inzibati sanksiyaların tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:26 / 11.12.2023
Lotereya reklamları ilə bağlı televiziyalara XƏBƏRDARLIQ EDİLDİ
Hazırda oxunan: Lotereya reklamları ilə bağlı televiziyalara XƏBƏRDARLIQ EDİLDİ
Hazırda oxunan: Lotereya reklamları ilə bağlı televiziyalara XƏBƏRDARLIQ EDİLDİ
168533
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.