Qızılca virusundan ölüm halları niyə baş verir? - AÇIQLAMA 

Hazırda oxunan: Qızılca virusundan ölüm halları niyə baş verir? - AÇIQLAMA 

168503

“Hazırda uşaqlar arasında yayılan qızılca virusudur. Biz bunu xəstələrin şikayəti, xəstəliyin gedişatına əsasən dəyərləndiririk. Başqa virus və ya xəstəlikdən söhbət gedə bilməz”. 

Bizim.Media xəbər verir ki, bu barədə “trend.az”a həkim-infeksionist İlhamə Abbasova deyib. 

O qeyd edib ki, bu virusun diaqnozu üçün həkim müayinəsi olmalıdır. 

"Həkim xəstəni düzgün dəyərləndirməlidir ki, digər virus infeksiyalarından fərqləndirsin. Ölüm hallarına daha çox kəskin pnevmoniya və beyin ödemi diaqnozu qoyulan xəstələrdə rast gəlinir. Uşaqlarda və böyüklərdə xəstəliyin və ölüm hallarının olmasının səbəbi yanaşı xəstəliyin olması və immunitet zəifliyindən baş verir. Bu virusdan qorunmağın yeganə yolu peyvənddir. Təqvimə uyğun olaraq qızılca peyvəndi 1-6 yaşlarda vurulur. 

Qızılca xəstəliyinin xüsusi bir müəlicəsi yoxdur. Yataq rejimi olmalıdır və bol maye, vitamin A ilə zəngin qidalar qəbul edilməlidir. Yerkökü, yaşıllıqlar, balıq, yumurta, süd məhsullarına üstünlük verilsə, daha yaxşı olar. Ən önəmlisi, vaxtında həkimə müraciət edilməsidir", - deyə İ.Abbasova əlavə edib. 

Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli qızılcaya yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub.

Ölkə ərazisində qeydə alınmış qızılca hadisələri arasında bəzən risk qrupuna aid uşaqlarda ağırlaşmalar, yanaşı bakterial infeksiyaların inkişafı, gecikmiş müraciətlər və ya yanlış diaqnostika hallarına rast gəlinir. 
Uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədil ilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin