30 və 49 nömrəli marşrut xətlərindəki gecikmələrin SƏBƏBİ  

Hazırda oxunan: 30 və 49 nömrəli marşrut xətlərindəki gecikmələrin SƏBƏBİ  

168434

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 30 və 49 nömrəli marşrut xəttinin fəaliyyəti araşdırılıb. Günün pik saatlarında şəhərin müxtəlif ərazilərində, o cümlədən marşrutların hərəkət sxemi üzrə Yusif Səfərov küçəsi, Xocalı və Qara Qarayev prospektlərində yaranan sıxlıq nəqliyyat vasitələrinin nizamlı fəaliyyətinə maneə yaradaraq hərəkət intervalının artmasına səbəb olur. 

Bizim.Media xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.  

Agentlikdən verilən məlumatda bildirilib ki, 30 və 49 nömrəli marşrut avtobusları günün pik saatlarında Babək prospektində yaranmış sıxlıqla əlaqədar 15-20 dəqiqə, Xocalı prospektində isə 12-15 dəqiqə gecikmə ilə hərəkət edir: 
“Bu amil marşrutlar üzrə dayanacaqlarda sərnişin sıxlığına səbəb olur”. 

“Mütəmadi olaraq marşrut xətləri üzrə sərnişin tələbatı nəzarətdə saxlanılır daşıyıcı şirkətlərə avtobus saylarının sərnişin axınına uyğun nizamlanması tapşırılır”, - deyə AYNA-dan bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin