Səhhəti pisləşən rusiyalı müğənni xəstəxanaya yerləşdirildi - FOTO

Hazırda oxunan: Səhhəti pisləşən rusiyalı müğənni xəstəxanaya yerləşdirildi - FOTO

168385

Rusiyanın Əməkdar artisti, müğənni Leonid Aqutin xəstəxanaya yerləşdirilib.

Bizim.Media "Mash" telegram kanalına istinadən xəbər verir ki, 55 yaşlı sənətçi ayağında başlayan şiddətli ağrılar səbəbilə qatılacağı verilişdən imtina edərək təcili xəstəxanaya aparılıb.

Həkimlər Aqutinə dərin damar trombozu diaqnozu qoyublar. Sənətçini əvvəlki halına qaytarmaq üçün uzun müalicələr təyin edilib.

Leonid qəfil pisləşən səhhəti ilə bağlı sosial şəbəkə hesabında xəstəxananın palatasında çəkilən selfisini paylaşaraq əməliyyat olunduğunu bildirib:

"Dünən konsertdən əvvəl ağrılara görə xəstəxanaya gəldim. Düz yeriyə bilmirdim. Fikirləşdim ki, bu, burxulmadır. Ultrasəs etdilər, dolaşan qan laxtası aşkar etdilər və məni təcili əməliyyata göndərdilər. Hər şey yaxşı keçdi. İndi xəstəxanadayam".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin