İranın şərqindəki Cənubi Xorasan əyalətində neft emalı zavodunda yanğın başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, insident yerli vaxtla saat 08:45-də Bircənd xüsusi iqtisadi zonasında yerləşən neftayırma zavodunda baş verib. Kondensat çənlərindən biri yanıb.
Hadisə yerinə 3 yanğınsöndürmə briqadası və xilasedicilər göndərilib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını nəzarətə götürüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Agentlik yanğının səbəbləri barədə məlumat verməyib.
Bizim.Media