Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 50 avtomobil verildi

Hazırda oxunan: Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 50 avtomobil verildi

168051

Dekabrın 8-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan daha 50 nəfərə minik avtomobilləri verilib.

Bizim.Media xəbər verir ki, avtomobillərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və nazirlik yanında İctimai şuranın sədri Elşad Məmmədov təqdim edib.

Qeyd olunub ki, həssas əhali qruplarından olan şəxslərlə bağlı icra olunan sosial dəstək paketinin mühüm bir istiqaməti də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlərlə, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillərlə təminatıdır.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev həmin mərasimdə deyib:

“Bu tədbirlər Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra da icra olunur. Dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan sosial dəstək paketi çərçivəsində mənzil və fərdi evlə təminat proqramı 5 dəfə genişlənib. 

Postmüharibə dövründə 5 600, ümumilikdə ötən dövrdə 14,4 min mənzil və fərdi ev təqdim olunub. Dövlət başçısının tapşırığı ilə bu kateqoriyadan olan vətəndaşlarımıza 2023-cü ildə ən azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Prezidentin Sərəncamı ilə 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin edilirlər”.

Qeyd olunub ki, mühüm sosial proqramlardan biri də müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatıdır. 44 günlük Vətən müharibəsində yaralanaraq əlilliyi müəyyən olunmuş hərbçilər də həmin proqramla əhatə olunaraq avtomobillə təmin edilirlər.
Hazırda təqdim edilən 50 avtomobil də daxil olmaqla postmüharibə dövründə 374, ümumən ötən dövrdə 7550 avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər onlara göstərilən hərtərəfli qayğıya, yeni avtomobillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin