“Texnisizm dövrünə qədəm qoyduqdan sonra həkimlər arasında fizikal diaqnostika metodlarına yiyələnmə xeyli dərəcədə zəiflədi. Fizikal metodlara mükəmməl yiyələnməyən həkim laborator-instrumental müayinələrdən hazır diaqnoz arayışında olur.
Müalicəsini də onların üstündə qürur. Xəstələri də bu cür müalicəyə öyrədən məhz həmin həkimlərdir. Özünə, peşəsinə hörmət edən həkim belə işlərlə məşğul olmaz!”
Bizim.Media xəbər verir ki, bu barədə həkim terapevt-qastroenteroloq Akif Məmmədov “Facebook”da paylaşımında qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Tanınmış həkimdən İTS-ya – “Tələbatımızı təmin edin, əks halda vətəni tərk edəcəyik”
Həkim bildirib ki, icbari tibbi sığortanın tətbiqindən sonra əks tendensiya yaranıb:
“Əvvəllər hər hansı pasiyenti laborator-instrumental müayinələrə göndərmək ehtiyacı yarananda deyərdi:
"Keçmiş həkimlər əllə baxıb diaqnoz qoyurdular, siz bizi niyə dağa-daşa salırsınız". İcbari Tibbi Sığortaya keçiddən sonra isə əks tendensiya yaranıb. Qapıdan girən pasiyent laborator-instrumental müayinələr sifariş verir.
Pasiyentlərə başa salmaq olmur ki, əlavə müayinələr sayılan laborator-instrumental müayinələrə (qanın ümumi və biokimyəvi analizi, ultrasəs, rentgen müayinəsi və s.) qərar yalnız əsas həkim müayinələri olan sorğu, baxış, palpasiya, perkusiya və auskultasiyadan sonra verilir.
Və bu qərarı siz pasiyentlər yox, biz həkimlər veririk. Əgər özünüzdə bu qərarı vermək səlahiyyətini hiss edirsinizsə, onda müayinə nəticələrini də özünüz qiymətləndirin, müalicənizi də özünüz edin!”
Bizim.Media