Bu gün səhər saat 8-dən parlament seçkilərinə start verilib. Seçicilər arasında bu sekçi ikibaşlı olaraq “maskalı seçki” adlandırılr.
COVİD-19-la əlaqədar olaraq bütün məntəqələrdə sosial məsafə, dezinfeksiya və maska şərtlərinə xüsusi həsasslıqla əməl edilir.
Bu dəfəki seçkilər xüsusi seçki fəallığı ilə müşahidə olunur.
İnsanların kütləvi şəkildə seçki məntəqələrinə axını iki aspektdən qiymətləndirilir. Bəziləri hesab edir ki, bu seçkilər ilk parlament seçkisidir ki, Gürcüstanın siyasi həyatını tamamilə dəyişəcək.
Millət vəkillərinin statusu artacaq və onlar ölkəni idarə edən şəxsləri özləri formalaşdıracaqlar. Bu seçkilərdən sonra daha ümumxalq səsverməsi yoluyla prezident seçkilməyəcək, ölkə prezidentini parlament müəyyənləşdirəcək.
Səsverməyə axının digər səbəbi kimi isə, insanların son illər ölkədə gedən siyasi, iqtisadi prosseslərdən narazılığı göstərilir.
Seçkilərdə mübarizə əsas iki partiya - Salome Zurabişvilinin rəhbərlik etdiyi hakim “Gürcüstan arzusu” və Mixail Saakaşvilinin müxalif “Milli Hərəkat” partiyası arasında gedir.
Gürcüstanlı siyasi ekspert Tornike Sharashenidze bildirir ki, seçicilərin məntəqələrə axını göstərir ki, vətəndaşlar indiki hakimiyyətin fəaliyyətindən təngə gəlib, siyasi vəziyyətin dəyişməsini istəyirlər: “Hakimiyyət bu seçkiləri saxtalaşdırmasa, məğlub olacaq. Saxtalaşdırdığı halda isə insanlar küçələrə çıxaraq etiraz aksiyalarına başlayacaqlar”.
Qeyri-rəsmi mənbələrdən əldə etdiyimiz məlumata görə, seçkidən sonra Gürcüstanda karantin rejiminin tətbiq olunması gözlənilir. Bunun etiraz aksiyalarının keçirilməsinin qarşısını almaq məqsədilə nəzərdə tutulduğu bildirilir.
Pozuntu halları ilə bağlı indiyə qədər olan məlumatlar isə belədir:
*Zqudidə işıqları söndürüblər, qaranlıq məntəqələrdə şam işığında səsvermə aparılır.
*Acarıstan Respublikasının Tsablana və Tsabliana kəndləri seçkiləri baykot elan ediblər.
*Tiblisidə COVİD xəstəsi olan şəxsi özünütəcriddən çıxarılaraq seçki məntəqəsinə gətirilib.
*Bir neçə məntəqədə “karusel” halları aşkarlanıb.
*Bəzi yerlərdə seçicilər kimə səs verdiklərini açıq təbliğ ediblər.
*MSK-ya bu saata qədər 15 şikayət daxil olub, onun əsasında 14 məntəqəyə xəbərdarlıq edilib.
Hazırda səsvermə davam edir.
Təranə Mirzəyeva, Bizim.Media