Türkiyənin XİN başçısı ABŞ-yə səfər edəcək

Hazırda oxunan: Türkiyənin XİN başçısı ABŞ-yə səfər edəcək

167982

Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 8-də ABŞ-nin paytaxtı Vaşinqtona səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının noyabrın 11-də keçirilmiş Fövqəladə Birgə Zirvəsində Türkiyə, Fələstin, Səudiyyə Ərəbistanı, İndoneziya, Misir, İordaniya, Qətər və Nigeriya daxil olmaqla ölkələrin xarici işlər nazirlərinə Qəzzada müharibəni dayandırılması və daimi sülhün bərqərar olması istiqamətində beynəlxalq təşəbbüslər göstərmək tapşırılıb. 
Nazirimiz bu birgə diplomatik səylər çərçivəsində təmaslar aparmaq üçün 8 dekabr 2023-cü il tarixində Vaşinqtona səfər edəcək”, – deyə məlumatda qeyd edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin