“Zəlzələ baş verən kimi əhalinin intensiv istifadə etdiyi ərazilər nəzarətə götürüldü” – Elşad Hacıyev 

Hazırda oxunan: “Zəlzələ baş verən kimi əhalinin intensiv istifadə etdiyi ərazilər nəzarətə götürüldü” – Elşad Hacıyev 

167882

“Zəlzələ baş verən kimi metro stansiyaları, dəmir yolları, orta və ali təhsil müəssisələri, uşaq bağçaları, əhalinin intensiv istifadə etdiyi bütün küçə və prospektlər tam nəzarətə götürüldü”.

Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev dekabrın 7-də ölkədə baş verən zəlzələ ilə bağlı keçirilən brifinqdə deyib.

Qurum rəsmisi dağıntı ilə bağlı məlumatın daxil olmadığını bildirib:

"Zəlzələ baş verəndən dərhal sonra Bakı şəhəri üzrə polis gücləndirilmiş iş rejiminə gətirildi. Daxili İşlər Nazirliyinin növbəti hissəslərinə dağıntı, tələfat, hər hansı xoşagəlməz hallarla bağlı məlumat daxil olmayıb".

O, oğurluq hallarının olmadığını da vurğulayıb.

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin