“Neftçi”nin baş məşqçisi Rumıniyaya QAYIDA BİLƏR

Hazırda oxunan: “Neftçi”nin baş məşqçisi Rumıniyaya QAYIDA BİLƏR

167804

“Neftçi”nin baş məşqçisi Adrian Mutunun Rumıniyaya dönəcəyi ilə bağlı xəbərlər səngimək bilmir.

Bizim.Media Rumıniya mətbuatına istinadən xəbər verir ki, ÇFR 44 yaşlı mütəxəssisi diqqətdə saxlamaqda davam edir.

Rəhbərlik hazırkı baş məşqçi Andrea Mandorlininin fəaliyyətindən narazıdır. Bu səbəbdən hər an onun istefası və Mutunun təyinatı reallaşa bilər. 
Bunu ÇFR-in idman direktoru Marius Bilaşko da təsdiqləyib:

“Hər şey mümkündür. Əlbəttə, sabah yaxşı nəticə qazansaq, yəqin ki, mətbuatda bu mövzu ilə bağlı müzakirələr olmayacaq. Ancaq son vaxtlar baş verənlərdən razı deyilik. Futbolçular və məşqçilər də narazıdır”.

Qeyd edək ki Adrian Mutunun “Neftçi” ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin