Oğuzda qızılca əleyhinə peyvəndlənmə işləri SÜRƏTLƏNDİRİLDİ - FOTO

Hazırda oxunan: Oğuzda qızılca əleyhinə peyvəndlənmə işləri SÜRƏTLƏNDİRİLDİ - FOTO

167793

Oğuzda qızılcaya yoluxma hamını hərəkətə gətirib. Rayonda bu xəstəliyin yayılmasının qarşısını almaq üçün peyvəndlənmə işləri sürətləndirilib.

Bizim.Media-nın yerli bürosuna Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Oğuz şəhəri və kəndlərdən qızılca xəstəliyi ilə Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 10 nəfər daxil olub. 

Xəstəliyə yoluxanlardan 2-si stasionarda müalicə alıb və ambulator müalicə üçün evə buraxılıb. 7 nəfərə isə ambulator müalicə göstərilib. Bir nəfərin durumu nəzərə alınaraq Bakı şəhərinə modul tipli xəstəxanaya göndərilib.

Xəstəxanadan bildirilib ki, son iki gündə yoluxma halı qeydə alınmayıb. Əksinə sakinlərin müraciətləri artıb.

Belə ki, valideynlər xəstəliyin yayılma təhlükəsindən narahat olaraq uşaqlarını müayinə üçün gətirirlər. Onların arasında yaşa uyğun peyvənd etdirməyənlər peyvənd olunaraq evə göndərilir.

Rayon Mərkəzi Xəstəxanasına peyvəndlənmə ilə bağlı müraciətlərin sayının artmasını həkim otaqlarının qarşısındakı növbələrdən hiss etmək olar. Valideynlər övladlarını bu təhlükəli xəstəliyə qarşı müayinə və lazım gəlsə peyvənd etdirir. 

6 yaşlı Könülün anası Şəlalə xanım qonşuda uşaqların qızılcaya yoluxmasından sonra narahat olub və dərhal həkimə müraciət edib. Deyir ki, qızı qonşu uşaqlarla müxtəlif zamanlarda ünsiyyətdə olub. Ona görə həkim nəzarəti, müayinə və müalicəsinə ehtiyacı var.

Xəstəxananın yolxucu xəstəliklər şöbəsinin rəhbəri Gülzar İbrahimova bildirir ki,  ötən həftədən başlayaraq rayonun bütün təhsil ocaqları və uşaq baxçalarında dezinfeksiya tədbirləri həyata keçirilir, əhali arasında sanitariya ilə bağlı maarifləndirmə işləri gücləndirilib. 
Son günlər həkimlər vaxtaşırı olaraq rayonun kəndlərinə baş çəkir, əhalini xəstəlik barədə məlumatlandırır, azyaşlılar müayinələrə cəlb edilir.










Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin