Uşaq bağçaları qızılcaya görə dezinfeksiya OLUNURMU? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Uşaq bağçaları qızılcaya görə dezinfeksiya OLUNURMU? – Rəsmi AÇIQLAMA 

167733

Ölkədə qızılca ilə bağlı vəziyyət təhlükəli hal alır. Bakı daxil olmaqla rayonlarda qızılcalı xəstələrin sayının artması müşahidə olunur. Yoluxma, əsasən, ümumtəhsil məktəblərində və universitetlərdə baş verir. Ölkədə bir neçə azyaşlı xəstəliyin ağırlaşması səbəbindən vəfat edib. 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, Qaradağ rayonu ərazisində yerləşən 195 saylı tam orta məktəbin ibtidai siniflərində dekabrın birindən distant tədrisə keçilib.

Distant təhsilə keçilməyən məktəblərdə isə valideynlər övladlarını məktəbə buraxmırlar. Eyni hal uşaq bağçaları üçün də keçərlidir. Valideynlər sosial şəbəkədə durumdan narahat olduqlarını və övladlarını bağçaya göndərməkdən imtina etdiklərini qeyd ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Səhiyyə Nazirliyindən qızılca ilə bağlı MÜRACİƏT: 10 yaşa qədər uşaqlar…


Elm və təhsil naziri Emin Əmrullayevin tapşırığına əsasən, ümumtəhsil müəssisələrdə ötən həftədən dezinfeksiya işlərinin aparılmasına başlanılıb və artıq məktəblər dezinfeksiya olunur.

Bəs uşaq bağçaları necə dezinfeksiya olunurmu?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Zenfira Sevdimalı qızılcayla bağlı məlumat daxil olan müəssisələrin dezinfeksiya olunduğunu deyib:

“Bizə ötən həftə qızılca ilə bağlı xeyli sayda müraciət daxil olub. Bu müraciətlərin də böyük bir hissəsinin cavabı aidiyyatı qurumlardadır. Biz bunun səhiyyə yox, məktəb tərəfiyik. 

İstər ümumtəhsil, istərsə də məktəbəqədər müəssisələr olsun, harada qızılcaya yoluxma halı aşkarlanırsa, orada dezinfeksiya işləri aparılır. Bizim öhdəmizə düşən budur, bununla bağlı regional idarələrə məlumat verilib. Bu, sadəcə, önləmləyici tədbirlərdir”.

Qurum rəsmisi dezinfeksiya ilə yanaşı, peyvəndlənməni də vacib sayıb:

“İndiki mərhələdə qarşısının alınması ilə bağlı deyilə biləcək söz peyvənd olunmalarının tövsiyəsidir. Biz onu tövsiyə edirik ki, səhhətlərində problem yaranan uşaqlar məktəbə gəlməsin, təmas minimuma endirilsin və peyvənd olunsunlar”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin