Prezident: "Deportasiya olunmuş yüz minlərlə azərbaycanlı öz yerlərini ziyarət etməlidir"

Hazırda oxunan: Prezident: "Deportasiya olunmuş yüz minlərlə azərbaycanlı öz yerlərini ziyarət etməlidir"

167714

"O şəxslər (Qarabağ erməniləri – red.) qayıtmaq istəyirlər, onlar bunu edə bilərlər. Onların mənzilləri, evləri olduğu kimi qalır. Zəngilanda və digər yerlərdə yerlə-yeksan olunmuş evlərdən tam fərqli olaraq, onların mənzilləri var".

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev ADA Universitetində Qarabağla bağlı Forumda iştirak edir - CANLI 


Dövlətimizin başçısı bildirib ki, əgər onlar Azərbaycana qayıdacaqlarsa, bu, ölkəmizin qanunları çərçivəsində həyata keçiriləcək.

Azərbaycanlıların Ermənistan ərazisinə qayıtması məsələsindən də danışan Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan tərəfi də ən azı eyni yanaşma sərgiləməlidir:

"Onlar elektron reinteqrasiya portalı yarada, orada azərbaycanlıların yaşadıqları kəndlər barədə məlumatları əks etdirə bilərlər. Təbii ki, belə olsaydı, daha münasib olardı. Yəni, onlar gəlsinlər, yerlərini ziyarət etsinlər. Bu da barışığın bir işarəsi olardı.
Bu, mümkün olmalıdır. Ermənistan bunun qarşısını almalı deyil. Deportasiya olunmuş yüz minlərlə azərbaycanlının, həmyerlilərimizin tələbatları təmin edilməlidir. Onların mülkiyyəti, müqəddəs yerləri qorunmalıdır. İndi bu gün Xankəndidə, yaxud da başqa yerlərdə, harada ki, erməni əhalisi çoxluq təşkil edib, biz onu qoruyub saxlayırıq, amma eyni yanaşma bizə münasibətdə də olmalıdır”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin